Xəbər lenti

AB İlon Maska Twitter dəyişikliyi ilə bağlı xəbərdarlıq etdi
Dünya 16:52 27.04.2022

AB İlon Maska Twitter dəyişikliyi ilə bağlı xəbərdarlıq etdi

Brüssel İlon Maskı Twitter-in Avropa Birliyi rəqəmsal qaydalarına riayət etməklə bağlı xəbərdarlıq edib.

Qaynarinfo "Euronews” qəzetinə istinadla xəbər verir ki, bu barədə Avropa Birliyi daxili bazar komisarı Terri Breton bildirib.

Komisar deyib ki, Mask ziyanlı və qeyri-qanuni onlayn məzmunun idarə edilməsi ilə bağlı qaydalara riayət etməlidir.

"Biz hər kəsi salamlayırıq. Biz açıqıq, ancaq öz şərtlərimizdə. Ən azı biz ona nə deyəcəyimizi bilirik. İlon, burda qaydalar var. Xoş gəlmisən, ancaq bizim qaydalarımız var. Burda sənin qanunların işləməyəcək”, - Breton deyib.

İlon Mask Twitter-i əldə etdiyi ərəfədə sosial şəbəkədə daha geniş azadlıq olacağına söz verib. Bu isə sosial şəbəkənin gələcəkdə daha zərərli məzmunla dolacağı barədə müzakirələrə səbəb olub.

"Onlayn təqib, saxta mal satışı, uşaq pornoqrafiyası və ya terrorizmə çağırış olsun, Twitter bizim qaydalarımıza əməl etməli olacaq”, - Breton bildirib. 

Avropa Birliyi komisarı daha sonra Twitter səhifəsində bunları yazıb: ”Avtomobil şirkəti və ya sosial media olsun, Avropada çalışan istənilən şirkət sahiblərinin kim olmasından asılı olmayaraq, bizim qaydalarımıza riayət edilməlidir. Mask bunu yaxşı bilir”.

Avropada bir neçə aya qüvvəyə minəcək yeni Rəqəmsal Xidmətlər Qanununa görə, sosial şəbəkələrin istənilən qeyri-qanuni məzmunu dərhal silmək öhdəliyi var. Həmçinin şəbəkələr tez-tez qaydaları pozan istifadəçiləri blok etməlidilər.
 
Nurlan Hüseynov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->