ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, nüvə sazişinin yenilənməsi ilə bağlı problemlər İranın "ağlabatan tələbləri” üzündən yaranıb. Onun sözlərinə görə, sövdələşmənin yaxın gələcəkdə bərpa olunacağı ehtimalı yoxdur.
Cənab Kirbi bildirib ki, prezident Co Bayden "İranın nüvə potensialına çatmasının qarşısını almağa sadiqdir”, lakin bunu diplomatiya yolu ilə etmək istəyir. "Bu, o demək deyil ki, biz Birgə Kompleks Fəaliyyət Planına (JCPOA) qayıtmaq istəmirik, əlbəttə ki, istəyirik. Biz sadəcə elə bir vəziyyətdə deyilik ki, yaxın gələcəkdə belə bir nəticə ola bilsin", - Kirbi deyib.
O əlavə edib ki, ABŞ bu ölkədə baş verən kütləvi etirazlar fonunda İrana qarşı sanksiyaları davam etdirəcək. "Biz diqqətimizi rejimin bu günahsız etirazçılara etdiklərinə görə məsuliyyətə cəl etməyə yönəltmişik”, - Con Kirbi bildirib.
Xatırladaq ki, avqust ayında Avropa İttifaqı JCPOA-nın bərpasına dair sənədin kompromis variantını təqdim edib. Sentyabrda İran Xarici İşlər Nazirliyi nüvə sazişi ilə bağlı təkliflərə "konstruktiv cavab” göndərib, lakin ABŞ bu cavabdan kifayətlənməyib. Dövlət katibi Entoni Blinken Tehranı razılaşmanı bərpa etməməkdə ittiham edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani isə oktyabr ayında bildirib ki, hələ də razılaşma əldə oluna bilər.
Nizami Bağırov