Xəbər lenti

ABŞ qətllər törədən dini qruplaşmanın lideri ələ keçdi - Transgender imiş
Dünya 16:09 18.02.2025

ABŞ qətllər törədən dini qruplaşmanın lideri ələ keçdi - Transgender imiş

Merilend polisi ABŞ rəsmilərinin qətli ilə əlaqəsi olan Zizians dini qruplaşmasının lideri, transgender Cek Amadeus Lasotanı həbs edib. Onunla birlikdə iki tərəfdaşı da saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Qruplaşmanın üzvlərinin ölkənin müxtəlif bölgələrində baş verən altı qətllə əlaqəsi var. Ən son insident yanvarın 20-də Vermontda ABŞ Sərhəd Patrulunun agentləri ilə atışma olub və bu zaman qruplaşmanın bir üzvü ilə yanaşı zabitlərdən biri öldürülüb.

Qrup bir neçə il əvvəl Ziz ləqəbli internet istifadəçisinin (qrupun adı da buna görədir) fikirlərini paylaşan insanlar tərəfindən yaradılıb. Bunlar süni intellektin əleyhdarları, veqanlar və transgenderlərdir, özlərinə millətçiləri və LGBT icmasının əleyhdarlarını öldürmək hüququ veriblər.

Qrup lideri və onun tərəfdaşları bazar günü, fevralın 16-da saxlanılıb. Onlar iki mikroavtobusu Merilend ştatının Frostburq sakininin şəxsi mülkünün üzərinə sürüblər və onun evinin yaxınlığında düşərgə qurmaq niyyətində olduqlarını bildiriblər. Kişi polisə zəng edib. Təriqət üzvləri polisin əmrinə tabe olmaqdan imtina edbilər və saxlanılıblar. Baxış zamanı onların üzərindən tapança və patronlar aşkar edilib. İndi onlar sərhədi pozmaq, polisə tabe olmamaq və qanunsuz silah saxlamaqda ittiham olunurlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->