Xəbər lenti

ABŞ Rusiya-Ukrayna danışıqlarını 2023-cü ildə mümkünsüz hesab edir - WP
Dünya11:40 13.04.2023

ABŞ Rusiya-Ukrayna danışıqlarını 2023-cü ildə mümkünsüz hesab edir - WP

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Rusiya və Ukrayna arasında sülh danışıqlarının 2023-cü ildə baş tutacağını gözləmir.
Qaynarinfo xəbər verir ki, bu barədə The Washington Post (WP) sosial şəbəkələrə sızan məxfi ABŞ sənədlərinin tədqiqindən sonra yazır.
Vaşinqtonun fikrincə, Ukraynada davam edən hərbi əməliyyatlar tənqidlərə səbəb ola bilər ki, bu da "rəhbərliyin dəyişməsi ehtimalını artırır”. WP qeyd edir ki, rəhbərləyin "siyasi və ya hərbi kontekstdə” nəzərdə tutulduğu göstərilmir.
"Nəzərdən keçirilən bütün senarilər üzrə münaqişənin sona çatması üçün danışıqların 2023-cü ildə aparılması mümkünsüz görünür”, - "Vaşinqton Post”un araşdırdığı sənəddə deyilir. 
Bu təxminin hər bir tərəfin əsgər, silah və texnika sayına əsaslandığı bildirilir. Vaşinqton gözləyir ki, Ukrayna "əhəmiyyətli” ərazilər əldə etməyə və "Rusiya qüvvələrinə yolverilməz itkilər” verməyə nail olsa belə, bu, yenə də sülh danışıqlarına gətirib çıxarmayacaq. 
Qəzetin sualına ABŞ rəsmisi bildirib ki, Vaşinqton danışıqların nə vaxt başlayacağına qərar verməyi Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna xalqının öhdəsinə buraxır. WP rəsminin adını açıqlamır.
Nizami Bağırov