Xəbər lenti

ABŞ USAID vasitəsilə Ukraynaya 35 milyard dollar köçürdü
Dünya22:10 05.02.2025

ABŞ USAID vasitəsilə Ukraynaya 35 milyard dollar köçürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2022-cici ildən bəri ABŞ ləğv edilməkdə olan Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Ukraynaya 35 milyard dollar köçürüb.

APA xəbər verir ki, bu barədə "Defence One” informasiya portalı USAİD-in məlumatlarına istinadən məlumat yayıb.

Bundan əlavə, portalın istinad etdiyi ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinin sözlərinə görə, USAID Ukraynaya ABŞ silahlarının və digər yardımların çatdırılmasının uçotunda mühüm rol oynayıb.

Nəşr qeyd edir ki, agentlik həmçinin Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirlərdən istifadə etməklə Ukraynaya 20 milyard dollar kreditin verilməsində əsas rol oynayıb.