Birləşmiş Ştatlar Rusiya Federasiyasının Zaporojye AES-də nüvə fəlakəti yaradacağı təqdirdə, qaçılmaz məsuliyyətlə bağlı Kremlə xəbərdarlıq edib.
Qaynarinfo Ukrinform-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller
deyib.
O, beynəlxalq ictimaiyyətin Zaporojye AES-dəki nüvə fəlakətinə görə Rusiyanı "mütləq” cavabdehlik daşıyacağını bildirib.
"Biz hesab edirik ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) AES-in bütün hissələrinə tam giriş imkanına malik olmalıdır və Rusiya buna yerindəcə şərait yaratmalıdır”, - o deyib.
Xatırladaq ki, iyunun 22-də Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ələ keçirdiyi Zaporojye atom elektrik stansiyasında terror aktı senarisini nəzərdən keçirir və "bunun üçün hər şeyi hazırlayıb”.
Nizami Bağırov
Şərhlər