Xəbər lenti

Abid Şərifovun şirkəti borc içində batır - İşçilərinə maaş verə bilmir
phrase_var_qaynar. 20:45 27.07.2023

Abid Şərifovun şirkəti borc içində batır - İşçilərinə maaş verə bilmir

Avro-Asiya İnşaat Korporasiyası "Evrascon” Açıq Səhmdar Cəmiyyətinin (ASC) xeyli sayda işçisi maaşsız qalıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətdə müəmmalı səbəblərdən yaşanan broclanma ASC-nin fəaliyyətinə ciddi təsir göstərib. 

Bir vaxtlar ölkənin "tender kralı" adını alan "Evrascon” ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə hazırda 1 milyon 054 min 609 manat 80 qəpik vergi borcu var. 

Şirkətin işçisi Rüstəmov Mahir Müseyib oğlu da əmək mübahisələrinə görə ASC-ni məhkəməyə verib. İşə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılacaq. 

"Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 377 290 manat və qanuni təmsilçisi Həmzət İsmiyev İsmayıl-Əfəndiyeviçdir.

"Evrascon" ASC-nin səhmlərinin çoxu baş nazirin sabiq müavini Abid Şərifova məxsusdur. Abid Şərifovun vəzifədən gedişi şirkətin "inkişafına” ciddi təsir də göstərib.

Əhməd

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->