Xəbər lenti

Ölkə 14:44 12.01.2023

ABU-da təhsil alıb, diplom ala bilməyənlər media reysterindən keçiriləcək?

Azərbaycan Beynəlxalq Universitetdə (ABU) təhsil alsa da, müəyyən səbəblərə görə diplomu ala bilməyənlər, həmçinin diplomu Təhsil Nazirliyi tərəfindən təsdiqlənməyən jurnalistlərin Media subyektlərinin reyestrindən keçə bilməməsi ilə bağlı müzakirələr aparılacaq. 

Qaynarinfo-nun məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O bildirib ki, bu barədə Medianın İnkişafı Agentliyinə müraciətlər daxil olub: "Jurnalistlərin problemlərini bildirmək üçün Media Agentliyi var. Onlar problemlərinin həlli üçün bizə müraciət edirlər. Bu məsələ ilə bağlı məşğul olan dövlət orqanı var. Ona müraciət etməlisiz ki, müvafiq qurum bununla bağlı hansısa bir iş görsün. Biz Media Agentliyi olaraq sizə söz veririk ki, bu məsələni aidiyyatı qurumların qarşısında qaldıracağıq. Görək necə həll edə bilərik? Bununla bağlı biz Media Agentliyinə müraciətlərin sayını bilirik. Mən də həmkarlardan xahiş edəcəm ki, bu məsələ ilə bağlı arayış hazırlansın. Aidiyyatı orqanlardan da xahiş edəcəm ki, gələcəkdə problemin həlli üçün çıxış yolu tapılsın”.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->