AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Premyer Liqasının dördüncü turuna həsr olunan iclasda qaydalar çərçivəsindən kənara çıxanlarla bağlı aşağıdakı qərarlar qəbul edilib.
"Araz-Naxçıvan” – "Sumqayıt” oyununda "Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə "Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
"Araz-Naxçıvan” – "Sumqayıt” oyunu bitdikdən "Araz-Naxçıvan” klubunun köməkçi məşqçisi Əfran İsmayılov oyunun rəsmi şəxslərinin tələblərinə əməl etmədiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, "Araz-Naxçıvan” klubu 1000 manat cərimə edilir (maddə 44.5);
"Zirə” – "Sabah” oyununda "Sabah” klubunun futbolçusu Amin Seydiyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, "Sabah” klubu 1500 manat cərimə edilir (maddə 39.1);
"Neftçi” – "Qəbələ” oyununda "Neftçi” klubunun qapıçısı Rza Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Neftçi” klubu 800 manat cərimə edilir (maddə 41);
"Neftçi” – "Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
"Qarabağ” – "Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);
Səbuhi Həsənov
Şərhlər