Video 10:48 10.06.2023

AFFA-nın baş katibi açıqladı: Premyer Liqada neçə klub olacaq? (VİDEO)

AFFA-nın baş katibi Sərxan Hacıyev növbəti mpvsüm Premyer Liqada neçə klubun çıxış edəcəyinə aydınlıq gətirib.

Federasiyanın idarəçisi bildirib ki, idman prinsipləri qorunacaq.

O, elitada 10 klubun yarışacağını, sonuncu yeri tutan "Şamaxı”nın burada saxlanmayacağını deyib:

"Onu qeyd etmək istərdim ki, "Şamaxı”nın AFFA tərəfindən maliyyələşməsi fikri bir az doğru olmazdı. Dövlət tərfindən klublara maliyyə yardımı ayrılır.

"Şamaxı” da onlardan biridir. Bu mövsüm idman prinsiplərini əsas götürmüşük.

Onları nəzərtə alaraq, sonuncu yeri tutnuş komanda Premyer Liqanı tərk etməlidir. I Divzionun qalibi Premyer Liqaya vəsiqə qazanmalıdır və qazanıb.

Hazırda Premyer Liqadas klub sayının 12-yə çatdırılması gündəmdə deyil.

Idman prinsiplərinə görə, "Şamaxı” Premyer Liqanı tərk etməli vıə I Divizionun qalibi bura gəlməlidir”.