
İstanbulun Gəzi Parkı aksiyaçıları dünən "Ölkəmizə göz dəydi" açıqlamasını verən aktyor Necati Şaşmaza sürpriz hazırlayıblar.
Qaynar.info-nun məlumatına görə, Şaşmazın bu açıqlamasından sonra sosial şəbəkələrdə aktyora qarşı tənqidlər başladı.
Onun bu açıqlamalarına sosial şəbəkələrdə "Ölkənin üzərinə qurğuşun tökək" kimi münasibət bildirildi.
Gəzi Parkının aksiyaçıları isə əsl qeyri-adi addım atıblar. Aksiyaçılar Gəzi Parkında üzərinə göz muncuğu çəkilmiş iri plakat asıblar.
Qaynar.info

