Xəbər lenti

Aleksandr Nevzorovun qayınanasının evi və torpaq sahəsi müsadirə edildi
Dünya 18:40 05.12.2024

Aleksandr Nevzorovun qayınanasının evi və torpaq sahəsi müsadirə edildi

Sankt-Peterburqun Primorski Rayon Məhkəməsinin qərarı ilə publisist Aleksandr Nevzorovun qayınanası Nataliya Kolesnikovanın Lisiy Nos qəsəbəsində yerləşən evi və torpaq sahəsi dövlət xeyrinə müsadirə edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "İnsider” məlumat yayıb.

Avqustun 8-də Nevzorovun həyat yoldaşı Lidiya ilə anası arasında bu əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlanıb, məhkəmə müqaviləni etibarsız hesab edib. Hazırda torpaq sahəsi və ev Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin balansındadır.

Bundan əlavə, noyabr ayında məhkəmə qərarı ilə Nataliya Kolesnikovanın mənzilinin üzərinə həbs qoyulub. Bu əmlakı da qızı onun adına keçirib. İstintaqın fikrincə, sövdələşmə uydurma əqd olub. 

Xatırladaq ki, 2024-cü ilin iyulunda Nevzorov və həyat yoldaşı "ekstremist birlik” (Rusiya praktikasında ailənin belə status alması ilə bağlı ilk hal) və onların torpaq sahələri, yaşayış evi, avtomobili və "Piter-Texnoproyekt-novıye resursı” şirkətindəki payı dövlət mülkiyyətinə keçib. Sankt-Peterburq məhkəmələrinin mətbuat xidmətinin bəyanatına görə, bu, "ekstremist fəaliyyətin həyata keçirilməsi üçün” istifadə olunduğuna görə edilib. 

Publisist Aleksandr Nevzorov Rusiyada "xarici agent” elan edilib, həmçinin Rusiya ordusu haqqında "saxta” məlumat yaydığına görə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->