Xəbər lenti

Amerikalı jurnalist:
Dünya 18:59 25.02.2025

Amerikalı jurnalist: "Tramp Nobeli istəyir və Ukrayna onun üçün şansıdır"

ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almaq fikrinə aludə olub və Ukraynadakı müharibə onun üçün şansıdır. 

Qaynarinfo "The Hill"ə istinadən xəbər verir ki, bunu veteran amerikan jurnalisti Bill O’Reyli bildirib.

"Mən Trampın nə istədiyini dəqiq bilirəm. O, Nobel Sülh Mükafatına namizəd göstərilmək istəyər. Bu baş verə bilər, baş verməyə də. Bu, Norveçin ən dürüst təşkilatı deyil, lakin o, bu işi həll etmək istəyir", deyə jurnalist bildirib.

Əvvəllər respublikapərəst "Fox News" kanalında çalışmış O'Reyli ümumiyyətlə, Trampın Ukraynaya qarşı məcburetmə taktikasını bəyənir.

"Ukraynada belə bir razılaşma əldə etdikdən sonra biz bu ölkədə Amerika strukturunu yerləşdirəcəyik ki, bu da Rusiyanın onu bombalamasını xeyli çətinləşdirəcək, çünki orada amerikalılar olacaq", deyə O'Reilli bildirib.

Qeyd edək ki, Tramp administrasiyası Ukrayna resursları ilə bağlı sazişə Ukraynanın təhlükəsizlik zəmanətlərinin daxil edilməsinin qəti əleyhinədir. Kiyev Trampın ən qalmaqallı tələblərinin saziş layihəsindən çıxarılmasına nail ola bilsə də, çox güman ki, təhlükəsizlik təminatı məsələləri iki prezidentin şəxsi görüşü zamanı razılaşdırılacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->