Məşhur aktrisa Ancelina Coli etiraf edib ki, aktrisalıqdan əvvəl dəfn mərasimi xidmətləri bürosunun direktoru peşəsini öyrənmək istəyib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Cimmi Fellonun "The Tonight Show" tok-şousunda danışıb.
Ulduzun sözlərinə görə, bu peşəni babasının vəfatından sonra seçib. Coli vida mərasiminin "həyat bayramı" kimi keçirilmədiyini düşündüyü üçün narazı qalıb.
"Və mən belə düşündüm: Bu, mənim üçün əla bir karyera ola bilər... Mən bunu daha yaxşı edə bilərəm. Yeni bir şey təklif edə bilərəm. İndi bu, mənim ehtiyat peşəmdir", deyə "Oskar" mükafatçısı olan ulduz bildirib.
Dekabrın əvvəlində Coli yaşlandıqca ona daha yaxşı rollar təklif olunduğunu etiraf edib. O, həmçinin aktyorluq bacarığının yaxşılaşdığını düşündüyünü bildirib.
Yaxın zamanda Ancelina Coli dünya şöhrətli opera müğənnisi Mariya Kallasın həyatına həsr olunmuş "Mariya" adlı sənədli filmdə rol alıb. Bioqrafik filmi çilili rejissor Pablo Larrain lentə alıb.
Aktrisa deyib ki, yeddi ay ərzində opera oxumağı öyrənib. Həmçinin Coli Milandakı "La Skala" teatrının səhnəsində çıxış etməli olub, halbuki əvvəllər heç vaxt ictimaiyyət qarşısında mahnı oxumadığını etiraf etmişdi.
Aydın
Şərhlər