Xəbər lenti

Ancelina Coli İsraili Qəzza zolağında mülki insanlara qarşı hücumlara görə qınadı
Dünya 13:42 02.11.2023

Ancelina Coli İsraili Qəzza zolağında mülki insanlara qarşı hücumlara görə qınadı

Amerikalı aktrisa, keçmiş xoşməramlı səfir və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının keçmiş xüsusi nümayəndəsi Ancelina Coli Qəzza zolağının bombalanmasına görə İsraili tənqid edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasında atəşkəsi dəstəkləməyən dünya liderlərini "bu cinayətlərdə” əli olduğu qənaətindədir. 

Qaynarinfo xəbər verir ki, məhşur aktrisa bu barədə "Instagram" hesabında yazıb.
  
"Humanitar atəşkəs tələbindən imtina edərək və BMT Təhlükəsizlik Şurasının bir və ya hər iki tərəfə bunu tətbiq etməsinə mane olmaqla, dünya liderləri bu cinayətlərdə şərik olurlar”, deyə Coli yazıb. 

Aktrisa Qəzza zolağında baş verənləri "tələyə düşmüş və qaçmağa yeri olmayan əhalinin qəsdən bombalanması” kimi qəbul edir: "Qəzza təxminən 20 ildir ki, açıq havada həbsxana olub və indi sürətlə kütləvi məzarlığa çevrilir”. 

O qeyd edib ki, həlak olanların 40%-i uşaqlardır və bütün ailələr bombardman nəticəsində həlak olur. Aktrisanın sözlərinə görə, "bütün dünya bunu seyr edərkən və bir çox hökumətlər fəal şəkildə dəstək verərkən, milyonlarla Fələstin mülki vətəndaşı - uşaqlar, qadınlar, ailələr - kollektiv şəkildə cəzalandırılır",

Coli qeyd edib ki, mülki əhali ərzaq, dərman və humanitar yardımdan məhrumdur.

Qeyd edək ki, BMT agentlikləri Qəzza zolağındakı vəziyyəti İsrail və HƏMAS arasında döyüşlər fonunda fəlakətli kimi qiymətləndirir. 8,8 min insan həlak olub. BMT-nin məlumatına görə, onların təxminən 70%-i qadın və uşaqlardır. 22,2 min nəfər yaralanıb. Daha 128 nəfər İordan çayının qərb sahilində ölüb, 2,3 min nəfər yaralanıb. İsraildə münaqişə başlayandan bəri 1,4 min nəfər ölüb, 5,4 min nəfər yaralanıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->