Türkiyədən Naxçıvana Araz çayı ilə üzüb keçən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş D.F. barəsində Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, D.F. 6 dekabr 2024-cü ildə özünə məxsus ümumvətəndaş pasportundan istifadə etməklə "Sədərək" sərhəd nəzarəti şöbəsindən qanuni yolla dövlət sərhədini keçib və Türkiyənin İstanbul şəhərinə gedib.
İstanbuldə mebel sexində işləiyb, Türkiyədə qanunla icazə verilmiş müddətdən artıq yaşadığına görə deport olunacağından qorxduğu üçün dövlət sərhədini qaçaq yolla keçmək qərarına gəlib. O, Sədərək rayonu ərazisindən Araz çayını üzüb keçərək Azərbaycana gəlib. Amma Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
D.F. məhkəmənin hökmü ilə qəti olaraq 7 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
Aydın
Şərhlər