Xəbər lenti

Arif Məmmədov dəfn edildi (FOTO/VİDEO)
Video 16:57 07.08.2025

Arif Məmmədov dəfn edildi (FOTO/VİDEO)

Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov dəfn edilib.

Qaynarinfo-nun məlumatına görə, Dünya və Avropa çempionu olan Arif Məmmədovun nəşi bu gün doğulub böyüdüyü Gəncə şəhərində torpağa tapşırılıb. 

Qeyd edək ki, 47 yaşlı idmançı Arif Məmmədov iyul ayının əvvəlində rəhbərlik etdiyi komanda ilə Gürcüstanın Batumi şəhərində keçirilən "Batumi Open" beynəlxalq karate turnirinə yollanıb. İyul ayının 8-də qaldığı oteldə komaya düşüb və xəstəxanaya yerləşdirilib. 4 gün əvvəl Gürcüstandan Türkiyənin Trabzon şəhərindəki xəstəxanalardan birinə aparılıb və qardaş ölkədə dünyasını dəyişib. İlkin məlumata görə, mərhum hər iki ağ ciyərinin zədələnməsi (Pnevmaniya) səbəbindən dünyasını dəyişib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->