Xəbər lenti

İdman 11:15 05.09.2023

"Atletiko"nun ulduzu Səudiyyə Ərəbistanına yollandı

"Atletiko Madrid"in futbolçusu Yannik Karrasko da Səudiyyə Ərəbistanına üz tutub.
 
Qaynarinfo-nun məlumatına görə, futbolçu "Al-Sabab"la müqavilə imzalayıb. Bu barədə klubdan rəsmi açıqlama verilib.

Atletico Madrid 2015-ci ildə ilk dəfə "Atletiko"ya transfer olunan 30 yaşlı yarımmüdafiəçi fasilələrlə 2020 və buildən Madrid klubunun formasını geyinmişdi. Təcrübəli cinah oyunçusu son mövsümdə meydana çıxdığı 44 oyunda 10 qola və 5 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->