Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiya paketində ilin sonuna kimi Rusiya neftinin alışını dayandırmağı təklif edir.
Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə avropalı deputatlar
bildirib.
Enerji irxacatından gələn gəlir Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək baxımından kritik əhəmiyyətə malikdir. Avropa ölkələri isə Rusiyadan kömür idxalına sanskiya qoyuluşuna razılaşandan sonra Rusiyanın gəlirli neft, qaz və nüvə sektorunu hədəfləmək haqqında düşünür.
Ancaq Brüsel Rusiya neft idxalını tam həcmdə və dərhal dayandırmayacaq. Əksinə Avropa Komissiyası Rusiya neft idxalını tədricən, ilin sonuna kimi dayandırmağı planlayıb. Məqsəd isə Avropanın iqtisadi güc mərkəzi olan Almaniyada işlərin dayanmasını önləmək və neft bazarında problemləri minimallaşdırmaqdır.
Avropalı diplomatlar bildirib ki, yeni sanksiya paketində Macarıstan və Slovakiyanın Rusiyadan neft asılılığını və bu ölkələrin yeni alternativlər tapmaqdakı çətinliyini nəzərə alaraq onlara istisna və ya keçid tədbirləri uyğulanacaq.
Macarıstan Avropada Rusiya neftinə sanskiya qoyulmasını əngəlləyən əsas ölkədir. Ancaq ölkə bu qərarın siyasi yox, iqtisadi olduğunu bildirir.
Bundan əlavə, Almaniya da birbaşa olmasa da, tədricən Rusiya neftindən imtina edə biləcəyinə razılaşıb.
Qeyd edək ki, Avropa Komissiyasını yeni sanksiya paketində Rusiyanın neft idxalının tədricən azaldılması nərəzdə tutulur. 6-cı sanksiya paketində həmçinin yeni şəxslərə qarşı cərimələrin tətbiqi, həmçinin Sberbank daxil digər Rusiya banklarına qarşı cəzalar gözlənilir.
Nurlan Hüseynov
Şərhlər