Xəbər lenti

Avropa məhkəməsindən ermənilərə ZƏRBƏ
Dünya12:09 18.12.2013

Avropa məhkəməsindən ermənilərə ZƏRBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Əmək Partiyasının rəhbəri Doğu Perinçekin İsveçrə əleyhinə qaldırdığı iddia ilə bağlı yekun qərar verib.

Qaynar.info
xəbər verir ki, məhkəmə erməni soyqırımı iddialarına qarşı çıxanlara cəza verilməsini fikir və düşüncə azadlığına zidd olduğunu bildirib.

Məhkəmənin verdiyi qərarda erməni soyqırımı iddiaları sübuta yetirilmədiyini, bu məsələdə hər hansı bir konsensus olmadığını və hüquqi müzakirələrin davam etdiyi bildirilib.

Qeyd edək ki, Perinçek 2005-ci ildə İsveçrənin Lozanna, Opfikon və Köniz şəhərlərində keçirdiyi konfranslarda, "erməni soyqırımı imperialist yalandır. 1915-ci ildə soyqırım etmədik, vətənimizi müdafiə etdik" demişdi. İsveçrədə "erməni soyqırımı"nı inkar etdiyi üçün həbsolunan Perinçek sonradan azad edilmişdi.

Qaynar.info