Bəzi NATO ölkələri Moskvanı zəiflətmək üçün Ukraynada müharibənin uzanmasında maraqlıdır.
Qaynarinfo "Huriyyet” saytına istinadla bildirir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu
deyib.
Çavuşoğlu konkret ad çəkməsə də, bəzi NATO müttəfiqlərinin müharibənin uzanmasını istədiyini deyib.
Qeyd edək ki, Türkiyənin vasitəçiliyi ilə başladılmış Rusiya-Ukrayna danışıqları hazırda dayanıb.
Kreml sözcüsü Dmitri Peskov da Ukraynanın əldə olunmuş razılıqlardan geri çəkildiyini bildirib.
Nurlan Hüseynov