Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadənin 50 yaşı tamam olub.
Qaynarinfo xəbər verir ki, sənətçini yeni yaşı münasibətilə həyat yoldaşı müğənni Aysel Teymurzadə təbrik edib.
O, sosial şəbəkə hesabında pianoçunun fotosunu paylaşaraq ingilis dilində "Ad günün mübarək, mənim ürəyim" sözlərini yazıb.
Xatırladaq ki, Aysel Teymurzadə 2012-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurub. Onların bu evlilikdən 3 övladı var.
Şərhlər