Xəbər lenti

Siyasət 18:40 31.01.2024

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirildi (YENİLƏNİB)

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başa çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

13.58
 
Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti iclası başlayıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.

Görüş İcevanla Qazax sərhədində keçirilir.

Məlumata görə, görüşdə işğaldan azad olunan 3 rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh sazişi istiqamətində işlərin sürətləndirilməsi məsələsinin müzakirəsi gözlənilir.

Xatırladaq ki, bundan əvvəlki görüş ötən il noyabrın 30-da baş tutub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?