Xəbər lenti

Azərbaycan Formula 1 yarışından nə qədər gəlir əldə edib?
İdman10:59 15.01.2020

Azərbaycan Formula 1 yarışından nə qədər gəlir əldə edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
4 il ərzində Formula 1 yarışından Azərbaycana 506 milyon dollar yəni 860 milyon manat qazanc əldə edib.
Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib:
"Birbaşa gəlirlərdə əsas yeri turizm, mehmanxana və nəqliyyat sektorları tutur. Belə ki əldə olunan qazancın 73,8 milyon dolları bu sahələrin payına düşür.İndiyədək keçirilən yarışların ümumi media dəyəri isə 274 milyon dollardır".
Nigar Arpadarai son 10 il ərzində keçirilmiş bütün Formula 1 ölkələri arasında Azərbaycanın ilk onluğa düşərək 6-cı yerdə qərarlaşdığını da vurğulayıb.