Xəbər lenti

Azərbaycanda koronavirusdan vəfat edənlərin çoxu bu yaş aralığındadır
Sağlamlıq16:00 24.04.2020

Azərbaycanda koronavirusdan vəfat edənlərin çoxu bu yaş aralığındadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda koronavirusdan vəfat edənlərin çoxu 60-69 yaş aralığındadır". 
Qaynarinfo-nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, koronavirusa yoluxanların 54 faizi kişi, 46 faizi qadındır:
"Vəfat edənlər arasında 60-69 yaş qrupunda olanlar əksəriyyəti təşkil edir. Bu yaş aralığında 8 nəfər vəfat edib. Cəmi 1 xəstəmiz 40 yaşlarında vəfat edib. O da uzun illər ağır xəstəlikdən əziyyət çəkib".