Azərbaycanda piyadanı vurub özünü asan biznesmenin yaxınları danışdılar (VİDEO)
Azərbaycanda piyadanı vurub, daha sonra intihar edən şəxsin yaxınları danışıblar.
Quba rayonunun İspik kənd sakini Röyal kimi tanınan 35 yaşlı İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında, meşəlik sahədə tapılıb.
Məlumata görə, İntiqam Əlimuradovla Rövşən Ağayev arasında mübahisə düşüb.
Mərhumun qardaşının sözlərinə görə, komandir Rövşən adı ilə tanınan şəxslə restoranda dava düşüb:
"Eşitdiyimə görə, dörd nəfər olublar. Bilmirəm həmin şəxs maşının üstünə özünü atıb, yoxsa onu maşın vurub. Daha sonra İntiqam qaçıb gizlənib”.
Qeyd edək ki, martın 6-sı saat 16 radələrində İ.Əlimuradov Quba şəhərində avtomobil qəzası törədib. Belə ki, həmin vaxt o, idarə etdiyi "Niva” markalı 40-BB-011 dövlət qeydiyyat nişanlı avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İ.Əlimuradov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib. İ.Əlimuradovun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu bildirilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər