Xəbər lenti

Azərbaycanlı futbolçu Rumıniya çempionatında oyuna çıxdı - FOTOLAR
İdman17:42 28.02.2016

Azərbaycanlı futbolçu Rumıniya çempionatında oyuna çıxdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı futbolçu Elhad Nəziri yenidən Rumıniya çempionatında peyda olub.

Qaynar.info xəbər verir ki, ötən mövsüm "Neftçala" ilə I dəstədə çempion olan millimizin sabiq oyunçusu 6 ay idi ki, futbolsuz qalmışdı.

O, 2013-cü ildə 6 ay oynadığı Rumıniyada karyerasını yenidən bərpa edib. O, vaxt elita klubu "Petrolul"da çıxış etmiş Elhad bu dəfə aşağı dəstədə formasını qorumağa çalışacaq. Belə ki, Nəziri Rumıniyanın I dəstə (Liqa 2, Seriya 2) klubu "Metalul"a keçib. Elhad mövsümün sonunadək, yəni 6 aylıq müqavilə bağlayıb.

Artıq Elhad dünən yeni komandasında debüt edib. O, 90 dəqiqə dayaq yarımmüdafiəçisi kimi oynayıb. Təqdimat mərasiminə 19 nömrəli forma ilə qatılan futbolçumuz meydana "14"də çıxıb. Lakin onun komandası öz meydanında "Şoymiy" klubuna darmadağın olub - 0:4.

Qeyd edək ki, Elhad Nəzirinin yeni klubu Reşitsa şəhərini təmsil edir. Hazırda bu klub 11 xalla XIII pillədə qərarlaşıb və II dəstəyə (Liqa 3) düşməyə namizəddir. Komandanın aktivindən yerli federasiyanın qərarı ilə 15 xal silindiyini də bildirək.

Qaynar.info