
Türkiyədə azərbaycanlı iş adamı öldürülüb.
Publika.Az-ın məlumatına görə, Başakşehirdə yerləşən lüks kompleksə hücum edən silahlı şəxslər iş adamı 41 yaşlı Əli Həmidovu öldürüb, onun rəfiqəsi 29 yaşlı Rusiya vətəndaşı Asiyat Alaşevanı yaralayıblar.
Hadisə iş adamı hovuza girərkən baş verib. Şəxsiyyətləri naməlum olan altı nəfər kompleksə hücum edərək əvvəlcə iş adamını və rəfiqəsini dəyənəklə döyüblər, sonra isə güllələyiblər. Hadisədən bir az sonra hadisə yerinə təcili yardım gəlib. Orada olan şahidlərdən biri isə həkimlərin Əli Həmidovu həyata qaytarmaq üçün cəhdlərini videoya çəkib. Həmidov aparıldığı Esenyurt Dövlət xəstəxanasında vəfat edib. Alaşevanın isə vəziyyətinin ciddi olduğu deyilir. Polis H.G. adlı şübhəlinin izinə düşdüyünü deyib.
Qaynar.info