Xəbər lenti

"Azərreyl" İspaniya klubuna qalib gəldi
İdman19:34 09.11.2023

"Azərreyl" İspaniya klubuna qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın voleybolçulardan ibarət "Azərreyl” klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.
Qaynarinfo  xəbər verir ki, Azərbaycan təmsilçisi 1/16 finalda İspaniyanın "Avarka de Menorka” komandası ilə qarşılaşıb.
Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların üstünlüyü ilə başlayıb və rəqib ilk setdə 25:23 hesabı ilə qalib gəlib. Lakin "Azərreyl" sonradan təşəbbüsü ələ alıb və ikinci hissədə 25:15 hesablı qələbə qazanaraq ümumi hesabı bərabərləşdirib. Növbəti setlərdə (25:19, 25:23) də üstünlüyü əldən verməyən komanda meydandan qalib ayrılıb - 3:1.
Qeyd edək ki, cavab matçı bir həftə sonra İspaniyada baş tutacaq.