Xəbər lenti

AzTV Əməkdar artistə 15 min manat ödəyəcək? (AÇIQLAMA)
Sənət11:59 14.05.2026

AzTV Əməkdar artistə 15 min manat ödəyəcək? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Çingiz Əhmədov 15 min manatlıq layihəsindən danışıb.
Aktyor Qaynarinfo-ya açıqlamasında "Biz, səssiz səslər" və "44 gün" film layihələrinin fərqli olduğunu bildirib:
"Mən "Biz, səssiz səslər" layihəsində çəkilmişəm. Amma "44 gün" layihəsində çəkilməmişəm".
Aktyor layihə üçün deyilən məbləğin həqiqətəuyğun olmadığını bildirib.
Qeyd edək ki, "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) QSC-nin "Biz, səssiz səslər" və "44 gün" film və televiziya layihələri üzrə Əməkdar artist Çingiz Əhmədova 15 000 manat ödəyəcəyi barədə məlumat yayılıb.
Bahar Rüstəmli