Xəbər lenti

Bakı klubunda ispan baş məşqçi
İdman12:27 10.07.2020

Bakı klubunda ispan baş məşqçi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah"ın yeni baş məşqçisi bəlli olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Bakı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
2019/20 mövsümünün sonunda Jelko Sopiçlə yollarını ayıran bakılıları yeni mövsümdən ispaniyalı Visente Qomes çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın "Dinamo" (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014-2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının "Əl-Əhli” (2017-2018), Rusiyanın "Spartak” (2018) klublarında köməkçi-məşqçi və Ukraynanın "Olimpik” (Donetsk) klubunda (2019/20) baş məşqçi kimi çalışıb.