Bakıda məhkəmə qaydasında müsadirə edilən "Rolls Royce Ghost" avtomobili hərraca çıxarılıb.
Qaynarinfo xəbər verir ki, 99-AF-009 dövlət nömrə nişanlı lüks avtomobilin minimal satış qiyməti 262 500 manat müəyyən edilib. Avtomobilin ilkin qiyməti isə 375 min manatdır.
İstehsal tarixi 2014-cü ilə aid olan ağ gümüşü rəngli, 6,6 l. mühərrik həcmli "Rolls Royce Ghost" 75 min kilometr yürüş edib. Hərracda iştirak üçün ilkin beh 26 250 manat təşkil edir. İlk hərrac martın 6-da keçiriləcək.
Qeyd edək ki, bu tipli hərraclar, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı əmlakın hərracda satılması yolu ilə tələbin ödənilməsi məqsədilə icra məmurlarının sifarişi əsasında həyata keçirilir. Adətən bankda girov qoyulan əmlaklar bu qayda ilə satılır.
Şərhlər