Xəbər lenti

Bakıda 4 yaşlı uşağın böyrəyində daş tapıldı - Nadir xəstəliyin səbəbi açıqlandı
Sağlamlıq 16:23 21.11.2024

Bakıda 4 yaşlı uşağın böyrəyində daş tapıldı - Nadir xəstəliyin səbəbi açıqlandı

Bakıda 4 yaşlı uşağın böyrəyində daş aşkarlanıb. 

Qaynarinfo xəbər verir ki, həkimlər bir çox xəstəliklərin həddən artıq çavanlaşdığını açıqlayıb. 

Bəs, 4 yaşlı uşağın böyrəyində daşı əmələ gətirən səbəblər nədir? Bu yaşda uşağın böyrəyində daşın olması gələcəkdə  fəsadlara yol aça bilərmi? 

Həkim-retgenoloq Aydın Əliyev Qaynarinfo-ya açıqlamasında bunun əsas səbəbinin genetika ilə əlaqədar olduğunu bildirib. Həkim həmçinin qeyd edib ki, bu prosesdə anomaliyalar, maddələr mübadiləsinin pozulması və infeksiyalar da mühim rol oynayır. 
 

 
Professor Adil Qeybulla 4 yaşlı uşağın böyrəyində daşın tapılmasını nadir hadisə adlandırıb:

"Nadir hadisələr yaşa baxmır. Ola bilər ki, uşaqda sidik yollarında deformasiya, durğunluq olsun və orada buna görə daş əmələ gəlsin. Daşın əmələ gəlməsində əsas faktor durğunluqdur və eləcə də maddələr mübadiləsinin pozuntularıdır. Adətən, oksalat, urat və fosfat turşuları və s. duzları yığılır və bundan da daşlar formalaşır. Məsələ ondan ibarətdir ki, 4 yaşda uşağın sidik axarında ya darlıq, ya da deformasiya var ki, bu da sidiyin fizioloji sürətini aşağı salır. İkincisi, infeksiyalar qoşulmuş olur. Müxtəlif infeksiyaların özləri də durğunluq yaradırlar və bundan da daş əmələ gələ bilər".
 

 
Adil Qeybulla qeyd edib ki, bütün bunlara baxmayaraq, kiçik yaşda uğaqda daşın əmələ gəlməsi araşdırılmalıdır. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->