Xəbər lenti

Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı
Ekonomiks 11:56 04.02.2025

Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrıldı

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.

Qaynarinfo bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 6-da, saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə fevralın 7-də, saat 10:00-dan "Elektron ipoteka və kredit zəmanət "sistemi (www.e-gov.az) üzərindən "SİMA Token" (Elektron İmza) və yaxud "ASAN İmza" vasitəsilə həyata keçiriləcək.

Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->