Birləşmiş Ərəb Əmirliklərinin şeyxi, modelyer Xalid bin Sultan Əl Qasımi Londonda yerləşən evində ölü tapılıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, BƏƏ-nin Şərcah şəhər idarəçisi Sultan bin Məhəmməd Əl Qasıminin oğlu olan 39 yaşlı şeyxin ölüm səbəbi qeyri-müəyyən olaraq qalır.
Əl Qasıminin vəfatı ilə əlaqədar BƏƏ-də 3 günlük matəm elan edilib. Onun ölümünə seks əyləncəsi zamanı yüksək dozada qəbul edilmiş narkotik maddənin səbəb olduğu iddia edilir, lakin məsələ ilə bağlı açıqlama verilməyib.
Gülşən