Dünya 18:00 27.05.2022

Beynəlxalq Buker Mükafatının qalibi ilk dəfə hindistanlı oldu

Getanjali Şri Beynəlxalq Buker Mükafatını qazanan ilk hind yazıçısı olub.

Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, onun Hindistanın bölünməsi fonunda təsvir etdiyi bir ailə hekayəsi olan "Qum məzarı” romanı ərinin ölümündən sonra 80 yaşlı qadının həyatından bəhs edir

Bu, 50.000 funt sterlinq mükafata layiq görülən ilk hinddilli kitabdır.

"Heç vaxt Booker haqqında xəyal qurmamışam və heç vaxt düşünməmişəm ki, bunu bacararam. Nə böyük bir təqdir. Heyrətlənirəm, sevinirəm, qürur duyuram",- xanım Şri deyib. 

O, Mükafatı qazanan ilk hindistanlı olmağın gözəl duyğu olduğunu deyib. 

"Mənim və bu kitabın arxasında hind dilində və digər Cənubi Asiya dillərində zəngin və çiçəklənən ədəbi ənənə dayanır. Dünya ədəbiyyatı bu dillərdə ən yaxşı yazıçıları tanımaqla zənginləşəcək", - o deyib. 

Münsiflər heyətinin sədri Frank Vinne bildirib ki, panel onun romanının "gücü, acımasızlığı və oynaqlığından valeh olub”.

"Bu, sehirli brio və şiddətli mərhəməti gəncliyi və yaşllıığı, kişi və qadını, ailəni və milləti kaleydoskopik bir bütövlükdə toxuyan Hindistan və onun bölünməsi haqda parlaq bir romanıdır”,- o deyib 

Beynəlxalq Buker Mükafatı hər il ingilis dilinə tərcümə edilən və Böyük Britaniyada və ya İrlandiyada nəşr olunan kitaba verilir.
 
Nurlan