Dünya 21:06 11.06.2023

BMT: "Kaxovkanın dağıdılmasına görə 700 min insan susuz qala bilər"

Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılması səbəbindən Ukraynanın 700 min sakini içməli su çatışmazlığı ilə üzləşə bilər. Həmçinin, SES-in dağıdılması Ukraynadan ərzaq ixracının azalmasına və bütün dünyada ərzaq qiymətlərinin artmasına səbəb olacaq. 

Qaynarinfo xəbər verir ki, bunu AP-a müsahibəsində BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.

Onun sözlərinə görə, Kaxovka SES-in dağıdılmasından sonra Ukraynada humanitar vəziyyət kəskin şəkildə pisləşib: "Lakin reallıqda biz bu hərəkətlərin tam nəticələrini yenicə görməyə başlayırıq”.

Martin Qriffits əlavə edib ki, BMT SES-in dağıdılmasından sonra daşqın zonasına düşmüş Ukraynanın nəzarətində olan regionların 30 minə yaxın sakininə yardım edib. O, həmçinin Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzey ilə BMT əməkdaşlarının Rusiyanın nəzarətində olan ərazilərdə zərərçəkənlərə yardım etmək məqsədilə müzakirə aparmaq üçün görüş keçirəcəyini açıqlayıb.

Aydın