Xəbər lenti

Bölgələrdə istirahət zonaları ilə bağlı qiymətlər necə tənzimlənir?
Ekonomiks17:22 11.06.2025

Bölgələrdə istirahət zonaları ilə bağlı qiymətlər necə tənzimlənir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bölgələrdə istirahət zonaları ilə bağlı qiymətlər hazırda tələb və təkliflə tənzimlənir".
Bunu Qaynarinfo-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib. 
Ekspertin sözlərinə görə, bu sahədə rəqabət mühitinin daha da şəffaflaşması üçün əlverişli qiymət və daha keyfiyyətli xidmət təklif edilməlidir:
"Bu da otellərin qiymət siyasətinə, eyni zamanda turistlərin xeyrinə təsirini göstərəcək. Xüsusən regionlarda 2-4 ulduzlu otellərin sayı artarsa, daha əlverişli qiymət əldə olunacaq".
Ekspert vurğulayıb ki, yay ən çox insanların istirahət etdiyi mövsümdür:
"Bu gün bölgələrdəki otellərlə bağlı deyilən qiymətlər realdır. Hazırda mövsümlə bağlı qiymətlərin mövsümə uyğun şəkildə artdığı görünür. 
Bəzi otellərdə 200-300, bəzilərində isə 100 manat ətrafındadır. Burada bir sevindirici hal var ki, ildən-ilə regionlarda qonaq evləri, apartmanlar, kənd evlərinin sayı artır. Bunlar da qiymətləri yumşaldır".
Ceyhun Aşurov əvvəlki illərdə qiymətlərin indiki ilə müqayisədə daha baha olduğunu xatırladıb:
"Amma son bir və iki ildə qiymətlər artmır, əvvəlki kimi qalıb. Bəlkə də cüzi enmə var".
Qeyd edək ki, bu yay üçün bölgələrdəki otellərin qiyməti açıqlanıb. Valyuta.az-ın məlumatına görə, ayrı-ayrı istirahət bölgələrində iki nəfər üçün qiymətlər 80-395 manat arasında dəyişir. 
Bahar Rüstəmli