Xəbər lenti

Dünya 18:40 22.01.2024

Böyük hökuməti BBC-ni islahatlar aparmağa çağırdı

Britaniya hökuməti Britaniya Yayım Korporasiyasına (BBC) müntəzəm baxışının bir hissəsi olaraq, yayımçının "tamaşaçıların obyektivliyinə inamını gücləndirmək" məqsədilə onun fəaliyyətində islahatların aparılması üçün bir sıra tövsiyələr verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

Qeyd edilir ki, yayım korporasiyasının fəaliyyəti növbəti Kral Xartiyasının müddətinin ortasında və sonunda qiymətləndirilir. Əvvəlki baxış 2017-ci ildə olub və hazırda nizamnamənin qüvvədə olma müddətinin yarısı keçib.

BBC öz auditoriyasının şirkətin obyektivliyinə inamını gücləndirmək üçün islahatlar aparmağa hazır olduğunu bildirib.

Böyük Britaniyanın Mədəniyyət, Media və İdman üzrə Dövlət Katibi Lusi Fraser dəyişikliklərin "BBC-nin özünə çətin suallar verməyə kömək edəcəyini" vurğulayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->