Aprelin 8-dən Bolqarıstan Rusiyanın Dəniz gəmiçiliyi reyestri tərəfindən sertifikatlaşdırılmış gəmilərin ölkənin dəniz və çay limanlarına girişinə qadağa tətbiq edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Bolqarıstan Dəniz administrasiyası məlumat
yayıb.
"2023-cü il aprelin 8-i saat 00:00-dan etibarən Rusiya Dəniz gəmiçilik reyestrinin şəhadətnaməsi olan bütün gəmilərin, hansı bayraq altında üzməsindən asılı olmayaraq, Bolqarıstanın dəniz və çay limanlarına girişi qadağandır”, - məlumatda deyilir.
Administrasiya bildirib ki, qadağa Aİ qaydaları əsasında tətbiq edilir.
Bolqarıstan ötən ilin aprelində artıq Aİ-nin genişləndirilmiş sanksiyaları çərçivəsində Rusiya bayrağı altında üzən gəmilərin Qara dəniz limanlarına daxil olmasını qadağan edib.
Avropa ölkələri Avropa İttifaqının 8 aprel tarixli direktivinə uyğun olaraq Rusiya Federasiyasından gələn gəmilər üçün limanlarını bağladıqlarını elan ediblər.
Nizami Bağırov