Konqodan olan və Belçikada akkreditə olunmuş diplomat Bolqarıstan-Türkiyə sərhədində 205,9 kq kokain keçirməyə cəhd edərkən saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə HLN məlumat yayıb.
Narkotiklər beş "Samsonite" çamadanında Belçika diplomatik nömrələri olan avtomobildə gizlədilib. Kapitan Andreevo keçid məntəqəsində yoxlama zamanı baqaja polis iti reaksiya verib. Avtomobildə 54 yaşlı Belçika vətəndaşı və bolqarıstanlı sürücü də olub.
"Bu, ölkə tarixində sərhəddə ən böyük narkotik müsadirəsidir", deyə qeyd edilib.
Müsadirə edilən malların bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
Saxlanılan hər üç şəxs (40 yaşlı diplomat, qadın, sürücü) 20 ilə qədər həbs və 100 min avro məbləğində cərimə oluna bilər. Kokain Latın Amerikasında istehsal edilib və Türkiyəyə tranzit üçün nəzərdə tutulub.
Aydın
Şərhlər