İdman 11:54 21.05.2022

"Borussiya" baş məşqçisi ilə vidalaşdı

Mövsümün əvvəlində Dortmund "Borussiya"sının baş məşqçi postunda olan Marko Rouzla yollar ayrılıb.

Qaynarinfonun məlumatına görə bu barədə klubdan rəsmi açıqlama verilib. Rouzla birlikdə idarəçilərlə keçirilən görüşün sonunda ayrılma qərarının verildiyi bildirilib və 43 yaşlı çalışdırıcıya gələcək karyerasında uğurlar arzulanıb. 

Orta hesabla hər oyunda 1,85 xal toplayan Rouzun komandası Çempionlar Liqasında yer aldığı C qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına getmişdi. Avroliqanın pley-off mərhələsində "Reyncers”ə məğlub olan Almaniya komandası Bundesliqanı ikinci pillədə başa vurub.

Məşqçilik karyerasına "Maynz"da köməkçi kimi başlayan Rouz "Leypsiq", "Salzburq" və Münhenqladbax "Borussiya"sında çalışıb.

Səbuhi Həsənov