İdman 10:29 28.01.2023

"Borussiya" yeni transferini açıqladı

Bundesliqa təmsilçisi "Borussiya" (Dortmund) 16 yaşlı futbolçu transfer edib.

Qaynarinfo xəbər verir ki, klub Julyen Duranville ilə müqavilə imzaladığını açıqlayıb. 16 yaşlı gənc ulduzla tibbi müayinədən keçdikdən sonra uzunmüddətli müqavilə imzalandığı bildirilib.

"Anderlext”in akademiyasında yetişən Duranville bu mövsüm meydana çıxdığı 14 oyunda 2 qola imza atıb. 

Baş məşqçi Edin Terziç açıqlamasında "Biz Julyeni uzun müddətdir izləyirik. O, güclü, yaradıcı və çoxlu qol potensialına malikdir. O, çox istedadlı cinah oyunçusudur" - ifadələrini işlədib.

Dortmund daha əvvəl ara transfer pəncərəsi zamanı Julian Ryerson ilə müqavilə bağlamışdı.
 
Səbuhi Həsənov