Xəbər lenti

Bred Pit 8 il sonra ilk dəfə Coli ilə boşanma barədə danışdı
Maqazin 14:56 29.05.2025

Bred Pit 8 il sonra ilk dəfə Coli ilə boşanma barədə danışdı

Hollivud ulduzları Bred Pit və Ancelina Coli arasında səkkiz il davam edən boşanma məhkəmələri nəhayət başa çatıb. Bu müddət ərzində cütlük həm uşaqların qəyyumluğu, həm də əmlak bölgüsü uğrunda mübarizə aparıb.

Qaynarinfo xəbər verir ki, Bred Pit bu dövr haqda ilk dəfə danışıb.
 
Onun sözlərinə görə, bu, baş verməli idi:

"Xeyr, mən bunun ciddi bir şey olduğunu düşünmürəm. Bu, sadəcə baş verməli olan bir şey idi. Hüquqi baxımdan".

Xatırladaq ki, Bred və Ancelina 2005-ci ildə "Cənab və xanım Smit” filminin çəkilişlərində tanış olmuş və münasibətə başlamışdılar. Onlar 2014-cü ildə ailə qurmuş, lakin cəmi iki ildən sonra Coili boşanma üçün məhkəməyə müraciət etmişdi.

Coili dəfələrlə Piti ailədaxili zorakılıqda ittiham edib. Onların altı övladı var və bəzi uşaqlar artıq ataları ilə ünsiyyət qurmur, hətta onun soyadından da imtina ediblər. Bred Pit isə məhkəmədə uşaqların qəyyumluğu uğrunda mübarizə aparıb.

Hazırda Bred Pit Los-Ancelesdə 32 yaşlı sevgilisi İnes de Ramon ilə birlikdə yaşayır. Cütlüyün evlənməyi planlaşdırdığı bildirilir.

Qeyd edək ki, Bred Pit özündən 29 yaş kiçik sevgilisinə evlilik təklifi edib. Hollivud ulduzunun evliliyə tələsmədiyi barədə şayiələrə baxmayaraq, o, üçüncü dəfə nikaha girməyə qərar verib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->