Britaniyanın musiqi qrupu "Sports Team" ABŞ-a səfərləri zamanı silah gücü ilə qarət edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kaliforniya ştatının Vallexo şəhərindəki yanacaqdoldurma məntəqəsində musiqiçilər qəhvə içmək üçün dayanan zaman quldurlar qrupun tur furqonuna giriblər.
"ABŞ turumuza 10 dəqiqə qalmış bizi silah gücü ilə qarət etdilər, deyə qrup üzvləri sosial mediada yazıblar.
Sənətçilərin dediyinə görə, mikroavtobusa maskalı insanlar girib. Onlar ifaçılar mikroavtobusun təcrid olunmuş hissəsində özlərini kilidləyərkən kameralar, noutbuklar, qulaqlıqlar, səhnə avadanlıqları və digər şəxsi əşyalar götürüblər. Frontmen Aleks Rays əlavə edib ki, üç qrup üzvünün pasportları oğurlanıb.
Qrup oğurluqla bağlı polisə zəng edib və onlayn hesabat təqdim etmək tapşırılıb. Musiqiçilər turu ləğv etməmək qərarına gəliblər.
Aydın
Şərhlər