Xəbər lenti

Bu gecə Ukrayna HHM 32 “Şahed”dən 28-ni və üç qanadlı raketi məhv etdi
Dünya05:59 06.04.2024

Bu gecə Ukrayna HHM 32 “Şahed”dən 28-ni və üç qanadlı raketi məhv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 6-na keçən gecə rus işğalçıları 32 "Şahed” tipli hücum PUA-ları, eləcə də altı müxtəlif tipli raketlə hücuma keçib. Hava hücumundan müdafiə iki Kh-101/Kh-555 qanadlı raketi, bir Kalibr qanadlı raketi və 28 Şahed-131/136 hücum PUA-sını vurub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
"Düşmən Belqorod vilayətindən üç S-300 idarəolunan zenit raketindən, Saratov vilayətindən strateji təyyarələrdən iki Kh-101/Kh-555 qanadlı raketindən və Qara dənizdən bir "Kalibr” qanadlı raketindən istifadə edib. Zenit döyüşü nəticəsində Ukrayna Müdafiə Qüvvələri iki Kh-101/Kh-555 qanadlı raketi, bir "Kalibr” qanadlı raketi və 28 "Şahed-131/136” hücum PUA-sını vurub”, - məlumatda deyilir.
Alpər