Xəbər lenti

Bu hərbi yardım Ukrayna ordusunu daha da gücləndirdi
Dünya17:34 01.05.2022

Bu hərbi yardım Ukrayna ordusunu daha da gücləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşa Ukraynaya 232 ədəd T-72M1 tankı, portativ zenit-raket kompleksləri, reaktiv yaylım atəşi sistemləri və özüyeriyən haubitsalar verib.
Qaynarinfo bu haqda "Vişeqrad” qrupunun (Polşa, Çexiya, Slovakiya, Macarıstan) "visegrad24” informasiya resursuna istinadən xəbər verir. 
"Polşanın 232 ədəd T-72L1 tankını təhvil vermək qərarı o deməkdir ki, Polşa, ABŞ-dan sonra Ukraynaya ən çox hərbi yardım göstərən dövlət kimi ikinci yerdədir", - bu barədə "visegrad24” Twitter-də yazıb.
"Polşa yardımına həmçinin PZRK, reaktiv yaylım atəşi sistemləri, pilotsuz uçuş aparatları və özüyeriyən haubitsalar daxildir”, - informasiya resursu qeyd edir.
Nizami Bağırov