Xəbər lenti

Bu ölkədə 2025-ci ildə vəbadan 1900-ə yaxın insan ölüb
Dünya 13:15 09.12.2025

Bu ölkədə 2025-ci ildə vəbadan 1900-ə yaxın insan ölüb

Konqo Demokratik Respublikasında (KDR) son 25 ildə ən böyük vəba epidemiyası yaşanır.

Qaynarinfo xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatında deyilir.

"2025-ci ilin əvvəlindən bəri KDR-də 64.427 vəba hadisəsi qeydə alınıb ki, bunlardan 1888-i ölümdür. Bunlardan 14.818-i uşaqlar arasında baş verib ki, onlardan 340-ı ölüb. Bu, ölkədə son 25 ildə ən böyük vəba epidemiyasıdır", deyə UNICEF bildirir.

İctimai təşkilatın məlumatına görə, KDR-in 26 əyalətindən 17-sində vəba halları qeydə alınıb. Hazırkı epidemiya mərkəzlərindən biri ölkənin paytaxtı Kinşasadadır. UNICEF qeyd edir ki, ölkədə su təchizatının, sanitariya-gigiyena və səhiyyə xidmətlərinin yaxşılaşdırılması sayəsində vəbanın qarşısı alına bilən bir xəstəlikdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->