Xəbər lenti

"Bütün bəşəriyyət hərəkətə keçməlidir" - Ərdoğan
Dünya19:26 17.10.2023

"Bütün bəşəriyyət hərəkətə keçməlidir" - Ərdoğan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin xəstəxanaya hücumunu qınayıb. 
Qaynarinfo xəbər verir ki, "Bütün bəşəriyyət vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməlidir” deyə prezident X sosial platformasında yazıb.
Ərdoğan, İsrailin Qəzzada xəstəxananı vurması ilə bağlı sosial media mesajında ​​bu sözləri qeyd edib:
Qadınların, uşaqların və günahsız vətəndaşların olduğu xəstəxananın vurulması İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir. Mən bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm.
İçerisinde kadınların, çocukların, masum sivillerin olduğu bir hastaneyi vurmak, İsrail’in en temel insani değerlerden yoksun saldırılarının son örneğidir.
Gazze’de yaşanan ve tarihte benzeri olmayan bu vahşeti durdurmak için tüm insanlığı harekete geçmeye davet ediyorum.