Xəbər lenti

Dünya 15:27 03.08.2022

“Cəhənnəm atəşi” raketi Əl-Qaidə liderinin evini necə hədəfə alıb? - Detallar

Əl-Qaidə liderini öldürmək üçün istifadə edilən raket ABŞ-ın Lockheed Martin Müdafiə Sənayesi Şirkətinin istehsalıdır. Bu raket hava-yer tipli raketdir və dəqiq istiqamətləndirmə və hədəfləmə sisteminə malikdir.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.

Reuters bu raketlərlə bağlı hesabatında 29 təhlükəsizlik orqanının bu raketlərə çıxışı olduğunu deyib və əlavə edib ki, bu tipli raketlər dronlardan atılır.

ABŞ prezidenti Co Bayden və ABŞ mediasına danışan bir neçə ABŞ təhlükəsizlik mənbəsinin sözlərinə görə, hücum zamanı Əl-Qaidə liderinin binada olan ailə üzvlərindən heç biri xəsarət almayıb.

Bu əməliyyatı həyata keçirən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) hələlik bu işin təfərrüatlarını açıqlamayıb.

Reuters yazıb ki, "Hellfire” ("Cəhənnəm atəşi”) raketi yüksək dağıdıcı gücə malikdir və bir binaya dəysə, bütün binanı məhv edir, amma əl-Zəvahiriyə edilən hücumda binanın yalnız bir hissəsi zədələnib. Əl-Zəvahirinin iqamətgahının internetdə yayımlanan fotolarına görə, binanın gövdəsinin bir hissəsi və divarları uçmayıb.

Usamə bin Ladenin varisini öldürmək üçün istifadə edilən "Hellfire” raketinin versiyası ABŞ-ın hələ açıqlamadığı yeni, dəyişdirilmiş versiyası kimi görünür.

"Hellfire” raketləri ilə tanış olan mənbə Reuters agentliyinə bildirib ki, əl-Zəvahiriyə hücumda istifadə edilən versiya R9X adlanan dəyişdirilmiş versiya olub, hədəfi vurmaq üçün altı bıçaq başlığı var, lakin "Cəhənnəm atəşi”nin digər versiyaları kimi ətrafı məhv etmir.

"Hellfire”nin bu versiyası həmçinin Suriyada da terrorçuları hədəf almaq üçün istifadə edilib.

"R9X daha az mülki itkiyə səbəb olur, çünki partlamaq əvəzinə, iti bıçaqlarla hədəfi məhv edir", - bir silah eksperti deyib.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->